Şriftin ölçüsü :

Saytın rəngi :

“FINCA Azerbaijan”ın Balakən filialının yeni ofisi istifadəyə verilib

07 sentyabr 2014 | 15:00

Azərbaycanın bütün regionlarında kiçik və orta sahibkarlara maliyyə xidmətləri göstərən “FINCA Azerbaijan” qeyri-bank kredit təşkilatı Balakən filialının yeni ofisi istifadəyə verilib.
Ofisin açılış mərasimində təşkilatın rəhbər şəxsləri ilə yanaşı, yerli icra hakimiyyətinin, həmçinin müxtəlif bank və maliyyə qurumlarının nümayəndələri və müştərilər iştirak ediblər.
“FINCA Azerbaijan” müasir standartlara cavab verən Balakən filialının yeni ofisi vasitəsilə 3000 nəfərdən çox aktiv müştəriyə kənd təsərrüfatı və biznes kreditlərini təqdim edəcək. 16 nəfərdən ibarət işçi heyəti ilə bu regionda 8 ildən artıq fəaliyyət göstərən filialın müştərilərinin əksəriyyəti əsasən ticarət, təsərrüfat, heyvandarlıq ilə məşğul olan kiçik və orta sahibkarlardır. Ümumilikdə 3,7 milyon ABŞ dolları məbləğində kredit portfelinə malik olan Balakən filialı müştərilərinə müxtəlif kredit məhsulları təklif etməklə onların şəxsi bizneslərinin inkişaf etdirilməsi ilə yanaşı, həmçinin ailələrinin maddi vəziyyətinin daha da yaxşılaşdırılmasına köməklik göstərir.
Hazırda “FINCA Azerbaijan” ölkənin bütün regionlarını əhatə edən 65 filialı vasitəsilə 155 mindən çox müştəriyə maliyyə xidmətləri göstərir.

Keçidlər