“Balakən Payızı” Folklor və Turizm Festivalı keçiriləcəkdir.
16 sentyabr 2014 | 15:00
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları Proqramı” çərçivəsində 2014-cü ildə “Balakən Azərbaycanın Folklor Paytaxtı” elan edilmişdir.
Hazırda bununla bağlı Balakən rayonu böyük festivala hazırlaşır.
Sentyabr ayının 25-26-da tədbirlər planına uyğun olaraq “Balakən Payızı” Folklor və Turizm Festivalı keçiriləcəkdir. Festivala Türkiyə, Dağıstan, Gürcüstan, Qazaxıstan, Moldova dövlətlərindən nümayəndələr və kollektivlər dəvət edilmişdir. Eyni zamanda respublikamızın Ağdam, İsmayıllı, Masallı, Şəki, Qax, Zaqatala rayonlarının folklor kollektivləri də iştirak edəcəkdir.
Festivalda 200-dən çox qonaqlar iştirak edəcəkdir.