Şriftin ölçüsü :

Saytın rəngi :

Çində Azərbaycan Respublikasının bayrağını ucaldan həmyerlimiz

15 sentyabr 2014 | 15:00

Haqqında söhbət açmaq  istədiyimiz Çinin Nankin şəhərində  keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında  qızıl   medal qazanmış İqbal Hacızadədir. İqbal Xaliddin oğlu Hacızadə 2 iyun 1997-ci il taixdə Balakən rayonunun Qazma kəndində anadan olmuşdur. Sərbəst güləş üzrə ilk məşqlərə Balakən rayon Uşaq Gənclər İdman məktəbində  mərhum məşqçi Əhməd Xalavasovun rəhbərliyi altında  başlamışdır. İqbal Hacızadənin  sərbəst güləş sahəsində bacarığını nəzərə alan mütəxəssislər onu təhsilini davam etdirmək üçün 2006-cı ildə Respublika Olimpiya İdman Liseyinə göndərməyi məsləhət bilmişlər.
İqbal Hacızadə Yeniyetmələr arasında Azərbaycan  və Avropa çempionu, Yeniyetmələr arasında AEF kubokunun gümüş mükafatçısı, Yeniyetmələr arasında Müşfiq İsayevin  xatirəsinə həsr olunmuş beynəxalq turnurdə II yerin sahibi  olmuşdur.İqbal Hacızadə bütün bu uğurlara 2014-cü ildə nail olmuşdur.
Ölkə Prezidenti cənab İlham Əiyev tərəfindən Azərbaycanda idmana və təhsilə çox böyük dövlət qayğısı göstərilir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, müxtəif idman növləri üzrə  dünya və Avropa çempionatlarında üçrəngli Azərbaycan bayrağını ucaldan idmançılarımızın sayı daim artır.
Çin Xalq Respublikasının Nankin şəhərində  keçirilən Yeniyetməərin II Yay Olimpiya  oyunlarında 200-dən çox komandanın iştirak etdiyi yarışda Azərbaycan komandasının 5-i qızl olmaqla  12 medal qazanması deyilənlərə  əyani sübutdur.
Bizim üçün  çox sevindirici haldır ki, qazanılan bu  5 medalın 1-ni həmyerlimiz  İqbal Hacızadə ədə etmişdir.
Qeyd edək ki, həmyerlimiz İqbal Hacızadə Braziliyalı  rəqibini 10:0,Meksikalı rəqibini  11:0, Misirli rəqibini 5:0,  finalda isə  moldovalı  rəqibini 5:1 hesabı ilə  udaraq onlara heç bir qəəbə şansı verməmişdir.
Həmyerlimizin bu qəəbə xəbərini Balakən ictimaiyyəti sevinclə qarşıladı. Doğma vətənə qəəbə ilə dönən İqbal Hacızadəni Balakənin  giriş qapısında-Qoşa Qala qapısında RİH-i başçısının  humanitar  məsələlər üzrə müavini Nəzakət Rüstəmova olmaqla  rayon ictimaiyyətinin  nümayəndələri  gül-çiçəklə, musiqi  ilə qarşıladı. Çempionu qarşılayan maşın karvanı birbaşa Ulu öndərin adını daşıyan Mədəniyyət və İstirahət parkının ən uca zirvəsində  ucaldılmış möhtəşəm abidəsi önünə yollandı.
Abidə önünə gül-çiçək dəstələri qoyulduqdan sonra çempionu rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev qəbul etdi. Rayon rəhbəri çempionu təbrik edərək  dedi:
-Sən  nəinki təkcə Balakənin ,eləcə də bütün Azərbaycanın fəxrisən. Səninlə təkcə  valideynlərin yox, Azərbaycanın bütün  idmansevərləri  fəxr edir. Hər sahədə inkişaf edən Balakənin adını bu qələbənlə daha da ucaltdın.  Avropa çempionu adını  alanda söz  vermişdin ki, hələ əsas  qələbələr  qabaqdadır. Sözünün üstündə durdun. Rayonumuzda idmana bundan sonra da diqqət və qayğı artırılacaqdır. Çünki idmanın inkişafı  ölkə Prezidenti cənab İlham Əiyevin önəm verdiyi vacib sahələrdən biridir. İnanırıq ki, sənin bu qələbən gənclərimizə stimul verəcəkdir.
Sonra rayon rəhbəri İslam Rzayev  çempiona qiymətli  hədiyyə təqdim etdi.
Çempion İqbal Hacızadə, atası Xaliddin, əmisi Zülfəddin, İqbalın məşqçisi Emil Əsədov, kənd sakini Xəifə Mirəliyev, kənd bələdiyyəsinin sədri Tahir Məmliyev çıxış edərək  bu diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əiyevə və rayon rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.
Sonda rayon rəhbəri çempionla xatirə şəkli çəkdirdi.

Keçidlər