Rayon İcra Hakimiyyəti başçısının əhali ilə görüşlər davam edir
Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin avqust və sentyabr aylarında rayonun Xalatala, Mazımçay, Katex və İtitala kəndlərində səyyar qəbulu olmuşdur.
Xalatala kəndində avqustun 21-də keçirilən səyyar qəbulda rayon rəhbəri İslam Rzayev Xalatala kəndində bir sıra sosial layihəərin həyata keçirildiyindən söz açdı. Qeyd etdi ki bilavasitə ölkə prezidenti İlham Əiyevin sərəncamı əsasında Balakən-Xalatala asfalt yolu çəkilmişdir. Kəndə qaz çəkilmiş, 2.7 km məsafədə su şəbəkəsi qurulmuşdur, yeni məktəb binası tikilmişdir. Əbəttə, problemlər də yox deyildir. Ona görə də sizi dinləməyə gəmişik. Xahiş edirəm rəy və təkliflərinizi bildirəsiniz.
Kənd sakinlərindən Mahama Xanayev Balakən- Xalatala yolunun asfaltlaşmasına böyük vəsait ayırdığına görə kənd camaatı adından ölkə başçısına təşəkkür etdi. Xəil Süleymanov kənddə su şəbəkəsinin qurulmasına görə rayon rəhbərliyindən razılıq etdi, ancaq əavə artezian quyusunun qazılmasına ehtiyac olduğunu bildirdi.
Əsildar Serçiyev kəndin yuxarı hissəsində 7 ədəd yüksək gərginlikli elektrik dirəklərinin yenilənməsinə ehtiyac olduğunu dedi. Elşən Maçanov güclü yağışlar zamanı kəndin əsas asfalt yolunu su basdığını, ona görə də yolun kənarları boyunca kanalların qazılmasının vacibliyini vurğuladı.
Mazımçay kəndində avqustun 28-də keçirilən səyyar qəbul zamanı rayon rəhbəri İslam Rzayev qeyd etdi ki, Gərəkili ərazi vahidinə daxil olan Mazımçay kəndi rayon mərkəzindən xeyli uzaqda yerləşməsinə və burada 99 ailədə 393 nəfər adam yaşasa da bu kənd həmişə rayon rəhbərliyinin diqqətində olub. Burada yeni məktəb tikilib, qaz və su xətti çəkilib. Lakin biz bilirik ki, burada da hələ görüləsi işlər vardır. Su təminatında çətinlik var və 2 km məsafədən əavə su xəttinin çəkilməsi nəzərdə tutulmuşdur. Yeri gəmişkən qeyd edim ki, qarşıdan gələn bələdiyyə seçkilərində Gərəkli kənd bələdiyyəsinin rəhbərliyində Mazımçay kəndindən bir nəfərin təmsil olunması vacibdir. Belə olsa kənddə rast olunan problemlər daha tez həl olunar.
Kənd sakinlərindən Əli Əliyev Balakən gömrük məntəqəsindən kəndə gələn yolun genişləndirilməsini xahiş etdi. Məhəmməd Əhmədov qəzalı işıq dirəklərinin dəyişdirilməsinə köməklik göstərilməsini istədi.
Katex kəndində Qarahacılı kənd orta məktəbində sentyabrın 4-də keçirilən səyyar qəbulda rayon rəhbəri İslam Rzayev qeyd etdi ki, son vaxtlar kənddə xeyli iş görülmüşdür. Ölkə prezidenti İlham Əiyevin ölkə vətəndaşlarına göstərdiyi böyük qayğı bu kənddə də öz əksini tapmışdır. Zəlzələ nəticəsində ziyan çəkən insanlara 61 yeni ev tikilib istifadəyə verilmişdir. Kəndin abadlığı da diqqət mərkəzindədir. Bu kənddə 5 yeni məktəb, 1 yeni tipli uşaq bağçası istifadəyə verilmişdir. Katex çayı boyunca 130 p.m uzunluğunda daş-beton bənd tikilmişdir. Kəndarası yollara –Surağat Qurbani küçəsinə və Qarahacılı yaşayış məntəqəsinə gedən yola asfalt döşənir.
Su problemi həl olunmaqdadır. Əkin sahələrini suvarmaq üçün beton kanal çəkilir, içməli su üçün artezian quyusu qazılır. Yəqin ki, sizin də rəy və təklifləriniz var. Buyurun,sizi dinləyirik.
Kənd sakinlərinin dediklərindən:
Şərafəddin Məmmədov-Kəndin indiki inkişafından hamı razıdır. Yeni tikilən məktəblərə, çəkilən su kanalına, artezian quyularının qazılmasına, yollara asfalt döşənməsinə görə ölkə rəhbəri İlham Əliyevə təşəkkür edirik, kəndlə əlaqədar qaldırılan hər bir məsələnin həlinə köməklik göstərdiklərinə görə rayon rəhbərliyinə sağ ol deyirik.
Əhma Əhmədov –Zəlzələ nəticəsində evim uçmuşdu. Mənə yeni ev tikilib, ərazidə içməli su məsələsi həl olunub. Kənd bələdiyyəsi bizim obaya asfalt yol çəkir. Bu işlərə görə minnətdarlığımızı bildiririk.
Həsən Əfəndiyev-Qarahacılı yaşayış məntəqəsinə gedən yola asfalt tökülməsini mən də alqışlayıram, ancaq bu yol kəndin axırına kimi asfaltlaşdırılsa daha yaxşı olardı.
Xatın Mahmudova –Qaybalı obasında 300 nəfər yaşayır. Əlavə artezian quyusunun qazılmasına ehtiyac var.
Ramazan Dubuxov-Qızım talasemiya xəstəsidir. Ölkənin birinci xanımı Mehriban Əiyeva belə insanlara həmişə köməklik göstərib. Qızım ali təhsil alır. Müəyyən köməklik göstərilməsini xahiş edirəm.
Şaban Mehdiyev-Bu il quraqlıqdır. Sudan səmərəli istifadə olunmalıdır. Bu işə nəzarəti gücləndirmək lazımdır.
Ramiz Heravasov-Qaybalı obasında olan və tarixi abidə sayılan məscidin təmirə ehtiyacı var. Bu işdə bizə köməklik lazımdır.
İtitala kəndində- sentyabrın18-də keçirilən səyyar qəbula xeyli adam gəimişdi .Kənd sakinləri tərəfindən səmimi qarşılanan RİH-nin başçısı İslam Rzayev qeyd etdi ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyasına əsaslanan ölkəmizin prezidenti İlham Əiyev Azərbaycanda yaşayan azsaylı xalqların da həretərəfli inkişafına böyük diqqətlə yanaşır. İngiloyların yaşadığı İtitala kəndinin son illər görkəminin tamamilə dəyişməsi buna əyani sübutdur. Kəndin bütün evlərinə qaz və telefon xətləri çəkilmişdir. Kənddə internet əlaqəsi var. Burada gözəl məktəb binası mədəniyyət mərkəzi tikilib istifadəyə verilmişdir. Düzdür bu kənddə işıqların zəif olmasından şikayət çox olur. İşıq dirəklərinin xeyli hissəsinin dəyişilməsinə, yeni transformator qoyulmasına baxmayaraq gərginlik yenə də bəzən zəif olur. Ancaq bu sahədə rayonun bütün kəndlərində çətinliklər olur. Bunun səbəbi də hələ ötən əsrin ortalarında rayonda əsası qoyulmuş elektrik şəbəkəsinin köhnəlməsidir. Bu sistem tamamilə yenidən qurulmuşdur və bu işə başlanılacaqdır.
Bu ilin aprel ayında burada keçirilən səyyar qəbul zamanı kənd sakinləri Balakən-İtitala yolunun asfaltlaşdırılmasını xahiş etmişdilər. Bu məsələ də artıq Dövlət proqramına salınmış və bir neçə kənddən keçən 18 km-lik Balakən-İtitala yolu yenidən tikiləcəkdir.
Qəbulda iştirak edən kənd sakinlərindən Abdulla Kərimov kəndə göstərilən qayğı və diqqətə, burada görülən tikinti-abadlıq işlərinə görə ölkə prezidenti İlham Əiyevə və rayon rəhbərliyinə kənd sakinlərinin təşəkkürünü bildirdi. Ruqiyyə Hacıyeva kənddə su bolluğunun olması üçün yaşadığı ərazidə olan artezian quyusunun təmizlənməsini xahiş etdi. Şamil İsgəndərov suvarma üçün kəndə çəkilmiş su kanalının təmizlənməsi üçün texnika verilməsini xahiş etdi.
Kəndin imamı Hacıəliyev tarixi abidələrin və camaatın istifadəsində olan kənd məscidinə qaz çəkilməsinə icazə verilməsini xahiş etdi. Məmməd Soltanov pay torpaqlarında əkin sahələrinin mal-qaradan mühafizə olunması sahəsində kənd bələdiyyəsinin tədbir görməsinin vacibliyini qeyd etdi. Səyyar qəbulun sonunda qaldırılan məsələlərin qanuna uyğun şəkildə həl olunması barədə tapşırıqlar verildi.