Şriftin ölçüsü :

Saytın rəngi :

“Balakən Payızı” Festivalı uğurla başa çatdı

26 sentyabr 2014 | 15:00

“Balakən Payızı” Folklor və Turizm Festivalının iştirakçıları sentyabrın 26-da Qabaqçöl qəsəbəsinə yollandılar. Qəsəbənin mərkəzi al-əlvan bayraqlarla bəzədilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab İslam Rzayev Festival iştirakçılarını səmimi salamladıqdan sonra meydan Gürcüstanı, Dağısatanı, Balakəni, Zaqtalanı, Qaxı, Şəkini, İsmayıllını, Ağdamı və Masallını təmsil edən folklor kollektivlərinin, rəqs qruplarının ixtiyarına verildi. İki saatadək davam edən festival hamının qəlbində xoş ovqat, böyük çoşqu yaratdı. Festval iştirakçıları  nahardan sonra böyük maşın karvanı ilə rayon mərkəzinə-Heydər Parkına  yollandılar. Parkda təşkil olunmuş tədbirə ilk olaraq Balakəni təmsil edən “Nənələr”, “Sənəm”, “Cahan” folklor kollektivi və rəqs qrupu çıxdı. Daha sonra Gürcüstandan, Dağıstandan təşrif buyurmuş folklor xalq kollektivləri, Zaqtalanın “Hudulki”, “Qızılgül”, Ağdamın “Şur”, İsmayıllının “İvanovka”, Şəkinin “Abay”, Masallının “Halay” və Qaxın “Peşvebi” folklor kollektivləri öz məharətlərini nümayiş etdirdilər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab İslam Rzayev Festivalda yekun çıxışında Ulu Öndər  Heydər Əliyevin, onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin, eləcə də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın mədəniyyətin, xüsusi ilə muğamın inkişafına, folklorumuzun qorunub saxlanmasına və tanıdılmasına göstərdikləri xidmətdən danışdı. Rayon rəhbəri folklor kollektivlərinin hər birini diplomla təltif etdi, onlara qiymətli hədiyyələr verdi.
Festival elmi-praktiki konfransla yekunlaşdı. Balakəndə iki gün davam edən və uğurla başa çatan folklor və turizm festivalının xoş təəsüratı qəlblərdən uzun müddət silinməyəcək.

Keçidlər