20 Yanvar şəhidlərinin xatirəsi Balakəndə ehtiramla anılıb
Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü Balakən rayonunda silsilə tədbirlərlə qeyd edilib.
Yanvarın 20-də rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanına gələrək, ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman oğulların məzarları üzərinə tər qərənfillər düzüb, şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.
Mərasimdə iştirak edənlər 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu bildirib, bu hadisələrin xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəyini vurğulayıblar.
Saat 12:00-da 20 Yanvar faciəsi şəhidlərinin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, rayon ərazisində avtomobillərin hərəkəti dayandırılıb.