Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar xalqımızın milli azadlıq hərəkatının zirvəsidir

20 yanvar 2025 | 14:35

  Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar hadisələrindən otuz beş il ötür. Qanlı faciədən uzun illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu vəhşiliyi törədənlərə öz dərin nifrətini bildirir.
  Müasir Azərbaycan tarixinin ən faciəli, eyni zamanda, xalqımızın azadlıq mübarizəsinin ən şanlı səhifələrindən olan 20 Yanvar qurbanlarının xatirəsi Balakən rayonunda dərin hörmətlə anılıb.
Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar yanvarın 20-də Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, ayrı-ayrı əmək kollektivlərinin, ictimaiyyətin nümayəndələri, şəhid ailələri, qazilər Şəhidlər xiyabanına gələrək, 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə, həmçinin ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş igid həmyerlilərin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin ruhuna dualar oxuyub, xatirəsini ehtiramla yad ediblər.
  Anım mərasimində bildirilib ki, Qanlı Yanvar hadisələri müasir Azərbaycan tarixində xalqımızın azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biri kimi böyük əhəmiyyət daşıyır. Həmin hadisələrdən otuz beş il ötsə də, Azərbaycan xalqına qarşı törədilən bu qırğın bəşər tarixində insanlığa qarşı ən ağır cinayət olaraq qalacaqdır. Qeyd olunub ki, 20 Yanvar xalqımızın milli azadlıq hərəkatının yüksəliş zirvəsidir. İndi xalqımız 20 Yanvar faciəsinin ildönümünü yeni tarixi reallıqla, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xilaskar Azərbaycan Ordusunun tarixi zəfərlərə imza atdığı bir zamanda anır.
  Saat 12:00-da 20 Yanvar faciəsi şəhidlərinin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, rayon ərazisində avtomobillərin hərəkəti dayandırılıb.

Keçidlər