Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər və İdman Nazirliyinin yaranmasının 18-ci ildönümünə həsr edilmiş tədbirlər

27 iyul 2012 | 15:00

Gənclər və İdman Nazirliyinin yaradılmasının 18-ci ildönümünü qeyd etmək məqsədilə rayon Gənclər və İdman İdarəsi rayon Icra Hakimiyyəti ilə birgə geniş tədbirlər keçirmişdir. “Abidələrimiz-tarixə açılan qapı” adı altında düşərgə, idman yarışlarının təşkili gənc və veteran idmançılarla görüş, bir çox müsabiqələrdə yüksək nəticə göstərmiş gənclərlə dəyirmi masa bu tədbirlərdəndir.
Qullar kəndinin Arılıqbinə yaşayış məntəqəsində yerləşən “Alban kilsəsi” adlanan abidəyə “Abidələrimiz-tarixə açılan qapı” adı altında təşkil edilmiş düşərgə zamanı gənclər Alban kilsəsi və burada yaşayan tayfalar, həmin tarixi dövr ərzində gedən proseslər haqqında geniş məlumat almış və abidəni gələcək nəsillərə çatdırmaq, tariximizi qorumaq məqsədilə ağac və kollardan təmizləyərək səliqəyə salmışlar.
Olimpiya İdman Kompleksində gənc idmançılarla görüş keçirilmişdir. Görüşdə gənc idmançılara ölkə başçısı cənab İlham Əliyev tərəfindən 2012-ci ilin “İdman ili” elan olması, Respublikamızda idmana böyük qayğı göstərilməsi və London Olimpiya Oyunları haqqında geniş məlumat verilmişdir. Daha sonra onlara məsləhətlər verilmiş və sualları cavablandırılmışdır.
Eyni zamanda, Olimpiya İdman Kompleksində idmanın boks, cudo, üzgüçülük və şəhər 2 saylı orta məktəbində idman gimnastikası üzrə rayon turnirləri keçirilmişdir. Keçirilən idman tədbirlərində 100-dən artıq idmançı iştirak etmişdir. Yarışlarda qalib gələn idmançılar Gənclər və İdman İdarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Gənclər evində gənc və veteran idmançılar, bir çox müsabiqələrdə yüksək nəticə göstərmiş gənclərlə dəyirmi masa keçirilmişdir. Tədbirin sonunda veteran idmançılara qiymətli hədiyyələr təqdim olunmuşdur.
 

Keçidlər