Şriftin ölçüsü :

Saytın rəngi :

Ahıllara qayğı mənəvi borcumuzdur

01 oktyabr 2014 | 15:00

Balakən şəhərindəki “Balakən” şadlıq sarayında 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə bayram tədbiri keçirilib.
Rayon rəhbərliyinin, yaşlı nəslin nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edənlər ahılları əlamətdar bayram münasibətilə təbrik edib, onlara uzun ömür arzulayıblar. Qeyd olunub ki, ahıl vətəndaşlara qayğı hər kəsin mənəvi borcudur. Ölkəmizdə bu qəbildən olan insanlar daim diqqət və qayğı ilə əhatə olunublar. Onların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması məqsədilə dövlətimiz tərəfindən davamlı tədbirlər həyata keçirilir.
Tədbirdə çıxış edən ahıl vətəndaşlar onlara göstərilən yüksək qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Bayram süfrəsi ətrafında keçirilən tədbir maraqlı konsert proqramı ilə davam edib. Ahıllar doyunca rəqs edib, şənləniblər.

Keçidlər