YAP Balakən rayon təşkilatının Gənclər Birliyi rayonda təhsil, səhiyyə və mədəniyyət şöbəsinə 2014-cü ildə işə qəbul olunanlarla görüş keçirmişdir
YAP Balakən rayon təşkilatının Gənclər Birliyinin 30 sentyabr 2014-cü il tarixdə Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının inzibati binasında rayonda təhsil, səhiyyə və mədəniyyət şöbəsinə 2014-cü ildə işə qəbul olunanlarla görüş keçirmişdir. YAP Balakən rayon təşkilatının Gənclər Birliyinin sədri S.Alqayev gündəlikdəki mövzu ilə əlaqədar çıxış etdi. YAP Balakən rayon təşkilatının referenti H.Əmiraslanova, Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi S.Hacıyev, Təhsil şöbəsinin məsul işçisi İ.Saramanov çıxışlarında bu gün iqtisadiyyatımızın bütün sahələrində olduğu kimi təhsil, səhiyyə və mədəniyyət sahəsindəki uğurlarımızın da əsasının ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olduğunu bildirdilər. Bu gün bu siyasət ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, yüzlərcə gəncimiz dövlət hesabına dünyanın müxtəlif ölkələrinin nüfüzlu ali təhsil müəssisələrində təhsil alaraq yüksək hazırlıqlı kadrlar kimi ölkəmizdə təhsil, səhiyyə və mədəniyyətin inkişafına öz layiqli töhfələrini verirlər. Hazırda ölkəmizdə gənclərin işlə təmin olunması, onların səmərəli məşğulluğunun təmin olunması üçün hər cür şərait yaradılmışdır. Bu baxımdan Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müntəzəm surətdə bütün nazirlik və komitələr üzrə verilmiş vakansiyalar gənclərin işlə təmin olunması sahəsində aparılan uğurlu siyasətin nəticəsidir.
Görüşün sonunda Yeni Azərbaycan Partiyasına üzv olmuş işçilərə üzvülük vəsiqələri təqdim edildi.