Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri müəllimləri peşə bayramı münasibəti ilə təbrik etdi

03 oktyabr 2014 | 15:00

Oktyabrın 3-də rayon İcra Hakimiyyətinin başçısı cənab İslam Rzayev rayon müəllimlərini “Beynəlxalq Müəllimlər Günü” münasibətilə təbrik etmişdir. Təhsil şöbəsinin yeni inzibati binasının iclas zalında keçirilən tədbirdə şöbənin əməkdaşları, məktəb rəhbərləri iştirak etmişlər.
RİHB-nın ictimai-siyasi və humanitar məsələlər üzrə müavini N.Rüstəmova, RTŞ-nin məsləhətçisi C.Alqayev, Nəsimi adına şəhər 2 saylı tam orta məktəbin direktoru və başqa çıxışçılar digər sahələr kimi təhsil sahəsinə göstərilən diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Eyni zamanda Respublikada, eləcə də Balakən rayonunda təhsil sahəsində müəllimlərin xidmətindən söhbət açmışlar. Müəllim pe.əsinin nə qədər şərəfli olması ilə bərabər onun məsuliyyətindən danışmışlar.

Keçidlər