2025-ci ilin ilk səyyar qəbulu Yeni Şərif kəndində keçirilib
Yanvarın 9-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Yeni Şərif kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək 2024-cü ildə ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunmuş uğurları qeyd edib, ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibənin bəzi hissələrini sakinlərin diqqətinə çatdırıb.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Ramazan Ceerçiyev kəndin Lokoba adlanan ərazisində yolun asfaltlanmasına, Cənnət Papaxova həmin ərazidə artezian quyusunun qazılmasına, Hacımurad Bicilov isə Gəncəyevlər obası adlanan ərazidə elektrik enerjisinin gücünün qənaətbəxş olmadığını nəzərə alaraq əlavə güc artırıcı avadanlıqların qoşulmasına köməklik göstərilməsini xahiş edib.
Rayon rəhbəri sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.