Şriftin ölçüsü :

Saytın rəngi :

2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair Balakən Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib

12 yanvar 2026 | 19:43

Yanvarın ayının 12-də rayon icra hakimiyyətinin inzibati binasında 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair Balakən Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib.

Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 9-cu ərazi sektorunun müdiri İlqar Süleymanov, Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Nəsib Məhəməliyev,  RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri,şəhid ailələri, qazilər, veteranlar və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev yola saldığımız ildə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən danışıb. Bildirilib ki, ötən il bizim üçün ən mühüm hadisə Azərbaycan və Ermənistan arasında uzun illərdir gözlənilən sülh istiqamətində müsbət nəticələrin əldə edilməsi olub. 2025-ci il dövlətimizin başçısının müvafiq Sərəncamı ilə "Konstitusiya və Suverenlik İli" elan olunması, Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünün böyük təntənə ilə qeyd edilməsi ilə əlamətdar olub. Eyni zamanda RİH başçısı ötən il sosial-iqtisadi sahədə Balakən rayonunda görülmüş işlərdən və qarşıda duran vəzifələrdən bəhs edib.

Hesabat yığıncağında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 9-cu ərazi sektorunun müdiri İlqar Süleymanov, Milli Məclisin deputatı Nəsib Məhəməliyev, Balakən Rayon Statistika İdarəsinin müdiri Əsəbəli Alqayev, Meliorasiya və Suvarma Sistemlərinin İstismarı İdarəsinin rəisi Eldəniz Xudeynatov, rayon Elektrik şəbəkəsinin rəisi Sabit Məmmədov,        rayon Ağsaqqallar Şurasının sədri Xəlifə Mirəliyev ötən il Prezident İlham Əliyevin rəhbərliyi ilə xarici siyasət sahəsində əldə olunmuş uğurlardan, ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, əhalinin sosial rifah halının yüksəldilməsinə yönəlmiş tədbirlərdən, Balakən rayonunda ayrı-ayrı sahələrdə görülmüş işlərdən danışılıb.

Yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Keçidlər