Şriftin ölçüsü :

Saytın rəngi :

Cari ilin 9 aylıq yekunları müzakirə olundu

14 oktyabr 2014 | 15:00

Oktyabr  ayının 14-də  “Qubek” otelinin konfrans zalında Balakən rayon  İcra Hakimyyəti başçısı aparatının 2014-cü ilin 9 ayının yekunlarına  və qarşıda duran  vəzifələrə həsr olununmuş  Şura yığıncağı  keçirilmişdir.
Şura iclasında rayonun  idarə, müəssisə rəhbərləri, icra nümayəndələri, bələdiyyə  sədrləri, ictimai təşkilat və birliklərin  nümayəndələri, mətbuat işçiləri, ictimaiyyət  nümayəndələri iştirak etmişlər.
9 aylığın yekunlarına dair hesabat  məruzəsi ilə rayon İcra Hakimiyyətinin  başçısı İslam Rzayev çıxış  etmişdir. Məruzə ətrafında rayon Mədəniyyət və  turizm şöbəsinin müdiri Ruqiyyə  Seyidova,  rayon Gənclər  və İdman  İdarəsinin   rəisi Rasim Paçalov, rayon Elektrik Şəbəkəsinin  müdir əvəzi Mehman  Məmmədov, Azərsığorta Şirkəti rayon filialının  direktoru  Şamil Xəlilov çıxış etmişlər.
Şura yığıncağı  müzakirə olunan məsələ barədə qərar qəbul etmişdir.

Keçidlər