Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın müstəqilliyi onun milli sərvətidir

19 oktyabr 2014 | 15:00

17 oktyabr 2014-cü il tarixdə rayon Mədəniyyət Mərkəzində 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə RİH başçısı cənab İslam Rzayev və  aparat işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə işçiləri, rayon ağsaqqalları və fəal gənclər iştirak etmişdir. Tədbirdə müstəqilliyimizin qazanılması yolunda xalqımızın göstərdiyi qəhrəmanlıqlardan, bu şərəfli tarixdən indiyədək müstəqil ölkəmizin qazandığı nailiyyətlərdən söhbət açılmışdı. Eyni zamanda milli mənəvi dəyərlərimizi əks etdirən səhnəciklər və vətənpərvərlik mahnıları səsləndirilmişdi.

Keçidlər