Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə “Məhsul bolluğu bayramı “keçirildi

31 oktyabr 2014 | 16:00

Oktyabr ayının  31-də Balakən rayon Heydər Əliyev adına Mədəniyyət   və İstirahət parkında “Məhsul  bolluğu bayramı”keçirildi.
Bu müstəqillik tarixində 3-cü dəfə keçirilən  məhsul bayramıdır.
Məhsul bayramında rayonun  sahibkarları,fermerləri və iş adamları cari ildə istehsal etdikləri kənd təsərrüfatı  məhsullarını nümayiş etdirdilər.
“Məhsul bolluğu bayramı”nda  rayonda istehsal olunan  bütün növ kənd təsərrüfatı  məhsulları nümayiş etdirildi.
Rayon İcra Hakimiyyətinin başçısı  İslam Rzayev və onu müşayiət edənlər  sərgilərə baxış  keçirdikdən sonra  folklorşünas alim Qalib Sayılovun çıxışı dinlənildi.
Sonra respublikanın əməkdar artisti Mətanət İsgəndərli və Namiq Məna,Vasif Məhərrəmli və Səməd Əlizadə, Əhmədiyyə Musayev ,Burhan Rəşidov və  digər dəvət olunan incəsənət ustalarının ifasında  mahnılar dinlənilmişdi.
Balakəndə keçirilən “Məhsul bolluğu bayramı”çoxlu sayda ictimaiyyət nümayəndələrinin iştirakı ilə yüksək əhval-ruhiyyə şəraitində başa çatmışdır.

Keçidlər