Şriftin ölçüsü :

Saytın rəngi :

Kompleks Mülki Müdafiə təlimi keçirilmişdir

10 avqust 2012 | 15:00

09 avqust 2012-ci il tarixdə FHN-nin Mülki Müdafiə Qoşunlarının və rayon Mülki Müdafiə Qərargahının tədbirlər planına əsasən rayonda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks Mülki Müdafiə təlimi keçirilmişdir.
Təlimdən 10 gün əvvəl Balakən rayon Fövqəladə Hallar Komissiyasının sədri Azad Balayev rayonun mülki müdafiə xidmət rəhbərlərini toplamış və lazımi tapşırıqlar vermişdi.
Tədbir zamanı Fövqəladə hal baş vermiş ərazinin mühafizəsi ,əraziyə giriş-çıxışın məhdudlaşdırılması , baş vermiş yanğınların söndürülməsi , kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş vermiş obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış-xilasetmə işlərinin təşkili, zərər çəkmişlərə tibbi yardımın göstərilməsi, epidemiya və epozootiyadan mühafizə tədbirlərinin təşkili və adamların təhlükəsiz ərazilərə təxliyəsi işlərinin aparılması ilə bağlı tapşırıqlar yerinə yetirilmişdir.
Təlimin gedişində rayonun MM xidmətlərinin və MM dəstələrinin qarşılıqlı fəaliyyəti təşkil olundu.
Təlimə rayonun rəhbər heyəti, fövqəladə hallar komissiyası, mülki müdafiə xidmətləri və hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri cəlb olunmuşdur. Ümumilikdə təlimdə 220 nəfər şəxsi heyət və 32 texnika cəlb olunmuşdur.
Təlimin yekununda RİHB cənab İslam Rzayev tədbir iştirakçılarını təlimin yüksək səviyyədə həyata keçirilməsi münasibəti ilə təbrik edərək belə tədbirlərə həmişə hazır olmağın vacibliyini bildirdi.
Təlimdə Respublika Mülki Müdafiə işinin təşkili Baş İdarəsinin rəisi polkovnik Mirzə Əsgərov, Mingəçevir Regional Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsinin rəis əvəzi baş leytenant Elvin Yusifov iştirak etdilər.
 

Keçidlər