Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Bayrağı Günü qeyd olundu

07 noyabr 2014 | 16:00

Ölkəmizin hər yerində olduğu kimi , Balakən rayonunda da Dövlət Bayrağı Günü  yüksək səviyyədə qeyd olundu.  Rayon  rəhbərliyi, hüquq-mühafizə orqanlarının  məsul işçiləri, eləcə də ictimaiyyət  nümayəndələri əvvəlcə  müasir, müstəqil  Azərbaycan dövlətinin  memarı Ulu öndər Heydər Əliyevin rayonumuzun  ən uca  zirvəsində  ucaldılmış abidəsini ehtiramla   ziyarət etdilər, önünə tər çiçək dəstələri qoydular.
Sonra Balakənli  gənclər Azərbaycan bayrağı ilə Heydər Əliyev prospekti  boyunca yürüş etdilər.
Bayram tədbirinin rəsmi  hissəsi isə rayon Mədəniyyət Mərkəzində keçirildi. İcra  hakimiyyətinin başçısı İslam Rzayev geniş məruzə ilə çıxış etdi, üçrəngli Azərbaycan  bayrağının sovet  dövründə qadağan edilməsinə  baxmayaraq məhz Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən onun təşəbbüsü və qəti səyi  nəticəsində 1991-ci il noyabrın 17-də Muxtar Respublikanın dövlət bayrağı kimi elan edildiyini bildirdi.
Rayon rəhbərinin çıxışından sonra Azərbaycan  bayrağından bəhs edən sənədli film nümayiş etdirildi .

Keçidlər