Şriftin ölçüsü :

Saytın rəngi :

“Xəmsə” milli-intellektual oyununun yeniyetmələr arasında IV Azərbaycan çempionatının zona final mərhələsi keçirilmişdir

20 noyabr 2014 | 16:00

19 noyabr 2014-cü ildə  Balakən Mədəniyyət Mərkəzində “Xəmsə” milli-intellektual oyununun yeniyetmələr arasında IV Azərbaycan çempionatının zona final mərhələsi keçirilmişdir. Yarışda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarını təmsil edən 16 komanda   4 qrupda mübarizə aparmışdır. Final mərhələsinə 4 komanda-Balakənin “Polisey” və “ Balakən region 08”, Qaxın “İşıqlı” və Oğuzun “Köhnə dalğa” – yüksəlmişdir. Finalda ilk 3 yeri tutan komandalar “Xəmsə” milli-intellektual oyununun yeniyetmələr arasında IV Azərbaycan çempionatının final mərhələsinə vəsiqə qazanmışlar.

Keçidlər