Şriftin ölçüsü :

Saytın rəngi :

YAP-nın yaranmasının iyirmi ikinci ildönümü qeyd olundu

21 noyabr 2014 | 16:00

Noyabr ayının 20-də YAP Balakən rayon təşkilatının  inzibati binasında YAP-ın  yaradılmasının iyirmi ikinci ildönümünə həsr  edilmiş tədbir  keçirilmişdir.
Tədbirdə RİH in başçısı cənab  İslam Rzayev, RİH-i başçısının aparat işçiləri, YAP Balakən rayon təşkilatı İdarə Heyətinin üzvləri, ərazi ilk partiya təşkilat katibləri , YAP-ın  fəal üzvləri iştirak etmişlər.
Tədbiri YAP Balakən rayon təşkilatının sədri Azad Balayev açaraq “Yeni Azərbaycan Partiyasının  Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsində rolu” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzə ətrafında rayon Ağsaqqallar  Şurasının sədri Rəşid Musayev,  rayon Gənclər və İdman İdarəsinin  aparıcı məsləhətçisi Sərxan Hacıyev,Nizami adına şəhər orta məktəbin tarix müəllimi Elvin Əliyev,  Qullar kənd orta məktəbinin müəllimi  Güldanə Muğumova çıxış etmişlər.
Sonra RİH-in başçısı cənab İslam Rzayev çıxış edərək siyasi həmfikirlərini bu bayram münasibətilə təbrik etmişdir.
Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunan bir qrup gəncə üzvlük vəsiqəsi təqdim olunmuşdur.

Keçidlər