“Azərbaycan multikulturalizmi” mövzusunda tədbir keçirilmişdir
21 noyabr 2014 | 16:00
21 noyabr 2014-cü ildə Balakən şəhər Z.Əliyeva adına 3 saylı tam orta məktəbin akt zalında Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, sosiologiya elmləri doktoru, professor Rəfael Həsənovun ictimaiyyət nümayəndələri ilə görüşü keçirilmişdir. Görüşdə R.Həsənov “Azərbaycan multikulturalizmi” mövzusunda çıxış etmişdir. O, multikulturalizm anlayışının mahiyyəti, Azərbaycanda tolerantlıq ənənələri və mədəniyyətlərin qarşılıqlı əlaqəsi, inkişafı haqqında görüş iştirakçılarına geniş məlumat vermişdir. Daha sonra görüş diskussiya şəklində davam etmişdir.