Şriftin ölçüsü :

Saytın rəngi :

“Regionlarda ilk dəfə səs verən gənclərin bələdiyyə seçkiləri ilə bağlı maarifləndirilməsi” mövzusunda tədbir keçirilmişdir.

28 noyabr 2014 | 16:00

27 noyabr 2014-cü ildə Balakən rayonu Nizami adına şəhər 1 saylı tam orta məktəbinin akt zalında  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyi tərəfindən  “Regionlarda ilk dəfə səs verən gənclərin bələdiyyə seçkiləri ilə bağlı maarifləndirilməsi” mövzusunda tədbir keçirilmişdir.  Tədbirdə “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyinin sədr müavini Anar Məhərrəmov və  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İnformasiya siyasəti şöbəsinin müdiri, təlimçi Sənan Nəcəfov iştirak etmişlər.
Tədbirdə əyani seçki prosesi təşkil olunmuş və 50 nəfər iştirak etmişdir.  Seçkilərində ilk dəfə iştirak edəcək gənclər seçki prosesi ilə praktiki olaraq tanış olmuşlar.

Keçidlər