İdman məktəblərinin sərbəst və Yunan-Roma güləşi üzrə VII respublika oyunlarının final mərhələsinə start verilmişdir.
Noyabrın 27-də Balakən rayon Olimpiya İdman kompleksində İdman məktəblərinin sərbəst və Yunan-Roma güləşi üzrə VII respublika oyunlarının final mərhələsinə start verilmişdir. Yarışda respublikamızın 36 şəhər və rayonundan gəlmiş 210 idmançı 15 çəki dərəcəsində öz qüvvələrini nümayiş etdirəcək. Finala vəsiqə alanlar 2018-ci ildə Argentinada keçiriləcək yeniyetmələrin III olimpiya oyunlarının iştirakçısı olacaqlar.
Təntənəli idman mərasimini giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov sonra qonaqları, Bakıdan gəlimiş hakimləri yarış iştirakçılarına təqdim etdi.
Dövlət himni səsləndikdən sonra final mərhələsinə start verildi.
Rayon İcra Hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova idman sevərləri bu mötəbər yarış münasibəti ilə təbrik edərək hər bir idmançıya qələbə arzuladı.