Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Əlillər Günü qeyd olundu

03 dekabr 2014 | 16:00

Hər yerdə olduğu kimi, rayonumuzda da Beynəlxalq  Əlillər Günü yüksək səviyyədə  qeyd olundu. Həmin  gün Balakəndə  yaşayan  əlillərin bir çoxu “Balakən” şadlıq evində  onların şərəfinə  düzənlənən  tədbirə  dəvət edilmişdi. Bu mərasimdə iştirak  və çıxış edən  rayon icra hakimiyyətinin  başçısı İslam Rzayev qonaqları  təbrik  etdikdən sonra dedi:
-Beynəlxalq Əlillər Günü Ulu Öndər  H.Əliyevin  sərəncamı ilə 1994-cü ildən qeyd olunur. Onlara  diqqət və qayğı  hər zaman ölkə  rəhbərliyinin  diqqət mərkəzindədir. Balakəndə  6217 əlil var. Onların 113-ü Qarabağ  müharibəsi  əlilidir. Əlillərə qayğı  bizim insanlıq, mənəvi  borcumuzdur. Bu sahə ilə  bağlı dövlətin gözəl sosial siyasəti var.
Rayon ƏSMM-nin direktoru H.Razıyev, sosial  müdafiə  fondunun  Balakən  filialının  rəis əvəzi  Rauf  Qaracayev, Qarabağ Veteranları, Əlilləri və  Şəhid Ailələri  İctimai birliyinin  rayon şöbəsinin  sədri S.Şibliyev, Mərkəzi Xəstəxananın  baş həkimi  H.Nuriyev, rayon Ağsaqqallar Şurasının  sədri  R.Musayev əlilləri bu xoş  gün  münasibəti ilə təbrik  etdilər.
Sonda  təbrik üçün  meydan  rayonun   incəsənət ustalarına verildi.

Keçidlər