Şriftin ölçüsü :

Saytın rəngi :

“Açıq qapı” günü keçirilmişdir

05 dekabr 2014 | 16:00

Dekabr ayının 5-də rayon Gənclər evində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə narkomaniya əlehinə həsr olunmuş ”Açıq qapı” günü keçirilmişdir.
Tədbirdə  rayonun ümumtəhsil məktəblərinin təşkilatçı müavinləri , uşaq birliklərinin  rəhbərləri, rayon polis və səhiyyə şöbələrinin nümayəndələri və ictimaiyyət nümayəndələri ştirak etmişlər.
Tədbiri  RİH  başçısının  ictimai-siyasi məsələlər üzrə müavini Nəzakət Rüstəmova açaraq məruzə üçün sözü RİH-in hüquq şəbəsinin məsləhətçisi Elçin Musayevə verdi. Elçin Musayev “Narkotik vasitələrdən istifadə , onun qanunsuz dövriyyəsi , insanların sağlamlığına, mənəviyyatına  ciddi zərbədir” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzə ətrafında RTŞ-ın metodisti Mədət Bağırov , RPŞ-nın cinayət- axtarış şöbəsinin baş əməliyyat müvəkkili Vüsal Bayramov, MRX-nın nümayəndəsi Vəlixan Nəsibov, Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Sərxan Hacıyev  çıxış etmişlər.
Sonra  tədbir iştirakçıları müzakirə olunan məsələ barədə təkliflərini söyləmiş və sual- cavabda fəal iştirak etmişlər.
Sonda narkomaniyaya həsr olunmuş filmə baxış keçirilmişdir.

Keçidlər