Şriftin ölçüsü :

Saytın rəngi :

Konfrans keçirilmişdir

15 sentyabr 2012 | 15:00

Sentyabrın 14-də rayonun H.Əliyev Mərkəzində Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin xətti ilə “Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır” mövzusunda konfrans keçirilmişdir.Konfransı giriş sözü ilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçılarının Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev açmışdır.
İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri –Kamran Umudov”İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr”,Zahid Şərifov “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir”,Məhəmməd Abdullayev “Ərzaq malları alarkən nələrə diqqət yetirməli?”,Balakən Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Qəhrəman Mustafayev “İstehlakçıların hüquqlarının qorunmasında dövlət orqanlarının vəzifələri” mövzusunda məruzə etmişlər.
Konfrans iştirakçılarının suallarına ətraflı izah və cavablar verilmişdir.
Konfransın işində Balakən RİH başçısının müavini Mehparə Nuriyeva iştirak etmişdir.

 

Keçidlər