Ulu öndər Heydər Əliyevin anım tədbirləri davam etdirilir.
Ulu öndərin anım tədbirləri Balakən rayonun idarə və müəsisələrində Yeni Azərbaycan Partiyası rayon təşkilatı ilə birgə davam etdirilir. 12 dekabr 2014-cü il tarixdə Balakən rayon polis şöbəsində Ümumilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əlirza oğlu Əliyevin anım tədbiri keçirilmişdir.
Balakən rayon polis şöbəsinin rəisi polkovnik-leytenant Elnur Həsənzadə tədbiri açaraq Ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişdir. Giriş sözü ilə çıxış edən E.Həsənzadə Ümumilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin idarə olunmasında titanik əməyindən geniş söhbət açmışdır. Ulu öndər Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərliyi dövrünü şərh edərək göstərmişdir ki, o xalqımız üçün misilsiz xidmətlər göstərmişdir. Respublikamızın düşdüyü ağır vəziyyəti doğma xalqının təəsübkeşi olan Heydər Əliyev mürəkkəb tarixi şəraitdə keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevrilməsinə nail olmuşdur. Azərbaycan tarixinin 20-ci əsrdə 50 ildən çox bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır.
Daha sonra çıxış edənlər qeyd etdilər ki, Azərbaycan tarixinin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası, uzaqgörən siyasəti nəticəsində Azərbaycan üçüncü minilliyə inamla addım atmışdır. Azərbaycanda müstəqillik, azərbaycançılıq, dövlətçilik, milli tərəqqi və dünyavilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsasını qoyulmuşdur.
Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımları milli məqsədlər naminə yüksək tribunalardan bacarıq və məharətlə istifadə etməsi, Azərbaycan dövlətçiliynin bu günü və gələcəyi baxımından çox əhəmiyyətli olmuşdur. Bütün mənalı həyatını öz xalqına həsr etmiş Heydər Əliyevin zəngin xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.