Şriftin ölçüsü :

Saytın rəngi :

Anım günü qeyd olundu

12 dekabr 2014 | 16:00

Ölkəmizin hər yerində olduğu kimi  dekabrın 12-də  Balakəndə də Ulu öndər  Heydər Əliyevin  anım günü  qeyd  olundu. Anım tədbirində  rayon  İcra Hakimiyyətinin  işçiləri, hüquq- mühafizə  orqanlarının, digər idarə və  müəssisələrin  rəhbərləri  və kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri  iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndərin  rayon Mədəniyyət və İstirahət  parkının  yaxınlığındakı ən uca zirvədə  ucaldılmış  abidəsi önünə  əklil və gül-çiçək dəstələri  qoymaqla onun  xatirəsini  ehtiramla yad etdilər.
Sonra  anım tədbiri rayon Mədəniyyət  Mərkəzində davam etdirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev  Ulu öndərin  həyat və fəaliyyəti barədə  məruzə ilə  çıxış etmişdir.
Tədbirdə  vaxtı ilə Ulu öndər Heydər Əliyevlə görüşmüş tibb bacısı  Turanə Məmmədova həmin görüşdən söhbət açaraq öz təəssüratlarını  danışmışdır.
Sonda Heydər Əliyevin  həyat  və fəaliyyətinə  aid  film nümayiş etdirilmişdir

Keçidlər