Növbəti “Açıq qapı” keçirilmişdir
Dekabr ayının 16-da Heydər Əliyev Mərkəzində “Ekologiyanın qorunması, ətraf mühitin təmizliyi hamının borcudur” mövzusunda “Açıq qapı “günü keçirilmişdir.
Tədbirdə rayonun ümumtəhsil məktəblərinin kimya , biologiya müəllimləri , 9 saylı Ərazi Ekologiya və təbii sərvətlər idarəsinin mütəxəssisləri, rayonun aidiyyatı idarə və müəssisə rəhbərləri iştirak etmişlər.
Tədbiri RİH i başçısının humanitar məsələlər üzrə müavini Nəzakət Rüstəmova açmışdır.
Tədbirdə “Azərbaycanın təbiət gözəllikləri “ sənədli filmi nümayiş etdirilmiş, 9 saylı Ərazi Ekologiya və təbii sərvətlər idarəsinin baş mütəxəssisi Söhrab Babayev “Ekologiyanın qorunması, ətraf mühitin təmizliyi hamının borcudur” mövzusunda məruzə ilə çıxış etmişdir.
Şagirdlərin çıxışından sonra məruzə ətrafında rayon Ekoloji tərbiyə və Təcrübəçilik mərkəzinin direktoru Səltənət Məmmədova , rayon GEM –in şöbə müdiri Mübariz İbrahimov, rayon Yaşıllıq təsərrüfatının müdiri Mina Xəlilova ,rayon Su Kanal idarəsinin kimyaçısı Sevinc Muradova , rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Xəlifə Mirəliyev,rayon Meşələrin Mühafizəsi və bərpası idarəsinin müdir əvəzi Paşa Koxnayev çıxış etmişlər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavab verildi və təkliflər dinlənildi.