Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə bələdiyyə seçkiləri uğurla başa çatmışdır

24 dekabr 2014 | 16:00

Balakəndə bələdiyyə seçkiləri uğurla başa çatmışdır. Səsvermə 2 seçki dairəsinin əhatə etdiyi 54 seçki məntəqəsində keçirilmişdir. Seçkilərdə 20 bələdiyyəyə 198 yer uğrunda 600 namizəd mübarizə aparmışdır. Səsvermənin gedişini 540 yerli müşahidəçi izləmişdir.
Məntəqələrin 10-da veb-kamera quraşdırılmışdır.
Dairə seçki komissiyalarından verilən məlumata görə seçkilər azad, demokratik və şəffaf şəraitdə keçmişdir. Səsvermənin gedişində qanun pozuntusuna yol verilməmişdir. Seçicilər sərbəst və azad şəkildə öz seçimlərini etmiş, ehtimad göstərdikləri  namizədlərə səs vermişlər. Bütün seçki məntəqələrində müşahidəçilərə öz funksiyalarını yerinə yetirmək üçün lazımi şərait yaradılmışdır.
109 saylı Balakən DSK üzrə 14 bələdiyyəyə 418 nəfər namizəd, 111 saylı Zaqatala-Balakən DSK üzrə 6 bələdiyyəyə 182 nəfər namizəd mübarizə aparmışdır.

Keçidlər