Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olundu

30 dekabr 2014 | 16:00

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı  respublikamızın  hər yerində olduğu kimi , Balakəndə  də yüksək  səviyyədə qeyd  edildi. Rayon rəhbərliyi ,hüquq-mühafizə  orqanlarının  məsul  şəxsləri, eləcə də ictimaiyyət  nümayəndələri  əvvəlcə Ulu öndər Heydər Əliyevin  möhtəşəm  abidəsini  ziyarət  etdilər,abidə önünə təzə-tər gül  çələngləri qoydular.
Sonra bayram tədbiri  Heydər Əliyev  adına Mədəniyyət  və  İstirahət Parkında davam etdirildi.
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev  qarşıdakı  hər iki bayram münasibəti ilə Balakənliləri təbrik  edərək dedi:
-2014-cü il respublikamız, o cümlədən  rayonumuz üçün  yaddaqalan il olmuşdur. Cənab Prezident İlham Əliyevin  diqqət və qayğısı  sayəsində  yola saldığımız  il ərzində  Balakəndə  sosial-mədəni  sahədə  çox iş görülmüş, yeni- yeni  məktəblər, uşaq bağçaları  tikilib istifadəyə  verilmiş, abadlıq işləri daha da  çoxalmışdır. Növbəti ildə  də xalqın  rifahı üçün  bir çox layihələrin  həyata  keçirilməsi  nəzərdə tutulmuşdur. Yeni təqvim  ilində hər bir balakənliyə  xoşbəxt həyat, sevincli  günlərin  çox  olmasını arzulayıram.
Bayram   tədbirinndə yerli  incəsənət  ustalarının  maraqlı  konsert proqramı  hamıya  mənəvi  zövq verdi,qəlblərdə xoş  ovqat yaratdı.

Keçidlər