20 yanvar faciəsinin 25 illiyinə həsr olunmuş “Dəyirmi masa “ keçirilmişdir.
2015-ci il yanvar ayının 16-da YAP Balakən rayon təşkilatında 20 yanvar faciəsinin 25 illiyinə həsr olunmuş “Dəyirmi masa “ keçirilmişdir.
Əvvəlcə 20 yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
“Dəyirmi masa “nı giriş sözü ilə YAP Balakən rayon təşkilatının sədri Azad Balayev açaraq bu qanlı hadisə bardəd geniş məlumat vermiş və xalqımızın göstərdiyi qəhrəmanlıqlardan söhbət açmışdır.
Sonra rayon Tarix və Diyarşünaslıq muzeyinin direktoru Xəlifə Mirəliyev, Heydər Əliyev Mərkəzinin elmi işçisi Taleh Şahverdiyev, rayon Musiqi məktəbinin direktoru Arifə Tağıyeva, Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Xatın Qarayeva, Şahmat məktəbində məşqçi –müəllim Çiçək Hüseynova , ictimai birlik rəhbərləri Səyyarə Əhmədova , Sarvan Şibliyev, RTŞıın metodisti Mahi Əliyeva, Liseyin hərbi hazırlıq müəllimi Cavanşir İsmayılov çıxış etmişlər.