Ağsaqqallarla görüş
Sentyabrın 5-də Balakən Rayon İcra Hakimiyyətinin konfrans zalında rayon ağsaqqalları ilə görüş keçirilmişdir.
Rayon rəhbəri İslam Rzayev görüşü giriş sözü ilə açaraq qeyd etdi ki, rayonun ağsaqqalları ilə vaxtaşırı görüşməyi biz vacib sayırıq.Çünki sizin kimi zəngin həyat və iş təcrübəsi olan ,camaat arasında nüfuz və hörmətə malik insanlarla görüşmək çox xoşdur.Sizin kimi insanlarla fikir mübadiləsi etmək, məsləhət və təkliflərinizi öyrənmək işimizə ancaq müsbət təsir göstərə bilər.
Sonra ilin əvvəlindən bu yana və ilin sonuna qədər görüləcək işlər barədə söhbət getdi.Rayon rəhbəri qeyd etdi ki,təkcə rayon mərkəzinin deyil,kəndlərin abadlaşdırılması da diqqət mərkəzindədir.Kənd yollarına asfalt döşənməsi, əhalinin içməli su ilə təminatı,kəndlərə qaz çəkilişi sahəsində xeyli iş görülüb.Ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə tikintisinə 3 milyon manat vəsait ayrılmış Qazma-Darvazbinə yolunda qızğın iş gedir.Qabaqçöl zonasında yerləşən kəndlərə qaz çəkilişi bu ilin qış mövsümünə qədər başa çatdırılacaqdır.Kənd təsərrüfatı sahəsində də inkişaf nəzərə çarpmaqdadır.Katex və Şərif kəndlərində sel sularına qarşı bəndlər tikilib,fermerlərə həmişə köməklik göstərilir və bunun nəticəsidir ki ,bu il bol qarğıdalı məhsulu yetişdirilmişdir.Bu ilin may ayında baş vermiş zəlzələnin vurduğu ziyan da tədricən aradan qaldırılır.Bu günə kimi 2356 yaşayış evinə baxış keçirilib.Artıq 177 fərdi yaşayış evi tikilir.İki məktəb və bir kommunal ev inşa edilir.
Ölkəmizin prezidenti İlham Əliyev Azərbaycanın bütün bölgələrinin ,o cümlədən Balakənin inkişafını daim diqqət mərkəzində saxlayır və rayona həmişə lazım olan köməkliyi edir.Biz də ölkə başçının bu böyük qayğı və diqqətinin müqabilində daha yaxşı işləməli , Balakənin daha gözəl olması və insanların sosial həyatının yaxşılaşması üçün var qüvvə ilə çalışmalıyıq.
Tədbirdə iştirak edən Rayon Ağsaqqallar Şurasının sədri Rəşid Musayev ,Fuad Səlimov ,Ramazan Xutrayev ,Xəlifə Mirəliyev,Hacı Osbanov çıxış edərək ağsaqqallarla keçirilən görüşlərin bir ənənəyə çevrildiyini ,kəndlərdə keçirilən səyyar qəbullara da həmişə ağsaqqalların dəvət edilib rayon rəhbərinin onlarla söhbət edərək ,məsləhət və tövsiyyələrini dinlədiyini müsbət hal kimi qiymətləndirdilər .Rayonda aparılan tikinti-abadlıq işlərində,su ,qaz,işıq çəkilişi sahəsində çox iş görüldüyünü xüsusi qeyd etdilər.
Balakənin inkişafına hərtərəfli köməklik göstərən ölkə prezidenti İlham Əliyevə təşəkkürlərini bildirdilər və onun qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirmək işində səylə çalışan rayon rəhbərliyinə uğurlar arzuladılar.