Balakəndə Kənd Təsərrüfatı Nazirliyinin yeni yaradılacaq rayon kənd təsərrüfatı idarəsi üçün inzibati binanın tikintisi davam etdirilir.
10 fevral 2015 | 16:00
Balakəndə Kənd Təsərrüfatı Nazirliyinin yeni yaradılacaq rayon kənd təsərrüfatı idarəsi üçün inzibati binanın tikintisi davam etdirilir.
Balakən şəhərinin Heydər Əliyev prospektində inşa edilən ikimərtəbəli inzibati binanın tikintisinə ötən ilin oktyabrında başlanılıb.
Binanın tikintisi Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə “Azəraqrartikinti” ASC tərəfindən həyata keçirilir.
İnzibati binada nazirliyin tabeliyində olan yerli idarələr fəaliyyət göstərəcək. Hazırda binanın ikinci mərtəbəsində hörgü işləri aparılır.
İş icraçısı Samir Ramazanovun bildirdiyinə görə, obyektin tikintisinin cari ilin mayında başa çatdırılması nəzərdə tutulub.