“Narkomaniyaya və erkən nigaha yox deyək! ” devizi altında tədbir keçirilmişdir.
Fevral ayının 19-da Balakən rayon Mədəniyyət Mərkəzində rayon İcra Hakimiyyəti və rayon Polis Şöbəsi ilə birlikdə “Narkomaniyaya və erkən nigaha yox deyək! ” devizi altında tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində təşkil olunmuş sərgiyə baxış keçirmişlər.
Tədbirdə təhsil işçiləri, məktəblərin yuxarı sinif şagirdləri , hüquq-mühafizə orqanlarının əməkdaşları, aidiyyəti idarə və müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə RİH başçısı cənab İslam Rzayev açmışdır.
Gündəlikdəki məsələ ilə əlaqədar rayon Polis Şöbəsinin rəisi polkovnik-leytenant Elnur Həsənov geniş məruzə ilə çıxış etmişdir.
Məruzə ətrafında RİHB-ın müavini ,ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova , rayon Gənclər və İdman idarəsinin rəisi Rasim Paçalov, rayon ağsaqqalı Xəlifə Mirəliyev çıxış etmişlər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab İslam Rzayev yekun nitqi söyləmişdir.