Ana dilimiz-Mənəviyyatımız
20 fevral 2015-ci il tarixdə Balakən rayon Heydər Əliyev Mərkəzində “Ana dilimiz-Mənəviyyatımız” adlı tədbir düzənləndi.
Tədbirin keçirilməsi Azərbaycan dili və Əlifbası qanunun bir daha önə çəkilməsi rayon ictimaiyyəti, ziyalılar, məktəblilər tərəfindən qanunun aliliyinin bir daha qeyd olunması, qorunması yolunda atılan uğurlu addımlardan biri idi.
Tədbir ədəbi-bədii kompozisiya ilə müşaiyət olundu:
- Habil Xanpəriyev – “Ana dilim” (şeir)
- Rasim Əliqayev – “Şirin dil” (mahnı)
- Havva Anqbazova - “Şən Azərbaycan” (mahnı)
- Elman Əzimov – “Çal damburçu” (mahnı)
- Uşaq kitabxanasının fəal oxucularının hazırladığı kompozisiya
- İmran Əliyev – “Azərbaycan oğluyam” (mahnı)
- Kəmalə Qurbanova – “Ana dili” (Nəbi Xəzri - şeir)
- Rasim Əliqayev, Vüsalə Bodurova, Aynur Süleymanova – Muğam üçlüyü
Tədbir ana dilimizə ehtiramla başa çatdı.