Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.

24 fevral 2015 | 16:00

Fevralın 24-də  rayon Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar  anım tədbiri keçirilmişdir.
Tədbirdə RİH- i aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə  şöbələrinin  və digər  idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə  rayon İcra Hakimiyyətinin başçısı  cənab İslam Rzayev açdıqdan sonra Xocalı faciəsi qurbanlarının  xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Xocalı faciəsi  haqqında çəkilmiş video-çarx nümayiş etdirildi.
Qəmli mahnılar və ədəbi-bədii səhnələrlə müşayiət olunan anım tədbiri hər kəs tərəfindən Xocalı faciəsinin xalqımızın qəhrəmanlıq  səlnaməsi  kimi qiymətləndirildi. 

Keçidlər