5 mart bədən tərbiyyəsi və idman günü qeyd olunmuşdur
05 mart 2015 | 16:00
5 mart bədən tərbiyyəsi və idman günü münasibətilə rayon Gənclər evində idmançılarla görüş keçirilmişdir. Görüşdə idman sahəsində görülmüş işlərdən, qazanılmış uğurlardan və qarşıda duran məqsədlərdən geniş söhbət açılmışdır. Eyni zamanda cari ilin iyun ayında keçiriləcək Bakı-2015 Avropa oyunları haqqında da danışılmışdır. Yekunda 10 nəfər idman sahəsində əməyi olan mütəxəssislər qiymətləndirilmişdir.