Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümünü və Gənclər Birliyinin IV hesabat-seçki konfransı qeyd olundu

07 mart 2015 | 16:00

Martın 6-da Yeni Azərbaycan Partiyası  Balakən rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının  22-ci ildönümünü və  Gənclər Birliyinin IV hesabat-seçki konfransını qeyd edib.
Konfransı açıq elan edən YAP Balakən rayon təşkilatının sədri Azad Balayev qonaqları salamlayaraq  konfransın gündəliyi haqqında məlumat verib.
Sonra Dövlət Himni səsləndi.
A.Balayev hesabat məruzəsi ilə çıxış edərək bildirdi  ki, rayon təşkilatı boy sıralarını artırmış, hal-hazırda 70 ərazi ilk təşkilatı, 4846 nəfər partiya üzvü vardır. Rayon təşkilatının sıraları bu gün də gənc, savadlı, vətənpərəvər, xalqını, vətənini sevən gənclərin, qadınların, ziyalıların hesabına yenilənir və genişlənir. 2014-cü ildə  351 nəfər Yeni Azərbaycan Partiyasının sıralarına qəbul edilmişdir ki, onlarında mütləq əksəriyyəti gənclərdir. Eyni zamanda YAP-nın tarixi və şərəfli yolundan geniş söhbət açdı.
Sonra məruzə üçün söz YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin sədri Səbuhi Alqayevə verildi.  GB-nin 2014-cü il ərzində gördüyü işlər barədə hesabatla çıxış edən S.Alqayev qeyd etdi ki, bu gün partiya sıralarında gənclərin sayı 1560 nəfərdir.
Sonra hesabat ətrafında çıxışlar oldu.
Təşkilati məsələlərdə YAP Balakən rayon təşkilatı GB-nin Şura üzvlərinin və idarə heyətinin yeni tərkibi seçilməsi, GB-nə sədr və müavinin seçilməsi, YAP Respublika Gənclərinin 4-cü Konfransına nümayəndələrin seçilməsi vardır.
Konfransda iştirak edən qonaqlardan Yeni Azərbaycan qəzetinin redaktoru Hikmət Babaoğlu və YAP Mərkəzi Aparatının məsul işçisi Emil Abasov çıxış edərək öz təbrik və tövsiyyələrini konfrans iştirakçılarına çatdırdılar.
Daha sonra Balakən rayon İcra Hakimiyyətinin başçısı cənab İslam Rzayev YAP Balakən rayon təşkilatının uğurlarından və rayonda gedən inkişafdan geniş söhbət açdı.
Sonda YAP-na yeni qəbul olunmuş bir qrup gəncə partiya vəsiqələri təqdim olunmuş və YAP Balakən rayon təşkilatında fəal olan üzvlərdən bəziləri hədiyyələrlə mükafatlandırıldılar.

Keçidlər