Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaddaş” maarifçi gənclər İctimai Birliyi tərəfindən “Ətraf mühitin mühafizəsi foto materiallarda” mövzusunda tədbir keçirilmişdir

03 aprel 2015 | 15:00

01 aprel 2015-ci il tarixdə Nizami adına şəhər 1 saylı tam orta məktəbin iclas zalında “Yaddaş” maarifçi gənclər  İctimai Birliyi tərəfindən  “Ətraf mühitin mühafizəsi foto materiallarda” mövzusunda tədbir keçirilmişdir. “Yaddaş” maarifçi gənclər  İctimai Birliyinin sədri İlqar İlyaslı  tədbiri açaraq iştirakçıları salamladı.  Daha  sonra  İlqar  İlyaslı   Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, onun strukturu və fəaliyyəti haqqında iştirakçılara məlumat verdi.
Mövzu ilə bağlı çıxış edən İctimai birliyin koordinatoru Tofiq Məmmədov tədbirin məqsədi və necə yarışa qatılmaq lazım olduğunu izah etmişdir.
Tədbirdə cəmi 30 nəfər iştirak etmişdir. İştirakçılar mövzu ətrafında öz
fikirlərini bildirdilər. Tədbir diskusiya şəklində davam etmişdir.

Keçidlər