Şriftin ölçüsü :

Saytın rəngi :

Geniş Şura iclası keçirilmişdir

06 aprel 2015 | 15:00

Aprelin 6-da rayon  Mədəniyyət Mərkəzində “Narkomanlığa və narkotik  vasitələrin  qanunsuz  dövriyyəsinə qarşı  mübarizə” ilə əlaqədar geniş Şura iclası keçirilmişdir.
Şura iclasında rayon  İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının  rəhbərləri və əməkdaşları, icra nümayəndələri və bələdiyyə  sədrləri , idarə, müəssisə və təşkilat rəhbərləri, dini  icmaların və qeyri- hökümət təşkilatlarının  nümayəndələri və   ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü  ilə açan RİH-nin başçısı  cənab İslam Rzayev demişdir:
-Narkomaniya və narkotik  vasitələrin qanunsuz  dövriyyəsi problemi siyasi, iqtisadi, sosial, hüquqi sahələrlə yanaşı heç bir istisna olmadan  bizim  hamımıza öz mənfi təsirini  göstərir. Məhz buna görə Ulu öndər Heydər Əliyev narkomaniya və narko-biznesə qarşı aparılan  mübarizəni  hər bir ölkənin, xalqın, millətin fiziki və şüuri sağlamlığı uğrunda  aparılan  mübarizə hesab  etmişdir.
Dövlətimiz tərəfindən  narkotik vasitələrdən istifadə, onun qanunsuz dövriyyəsinin  qarşısının alınması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
Narkomanlığa və narkotik  vasitələrin Qanunsuz  Dövriyyəsinə Qarşı  Mübarizə üzrə Dövlət Komissiyası  yaradılmış, “Narkotik vasitələrin, psixotrop maddələrin  və onların  prekursorlarının  qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı qəbul olunmuşdur.
Rayon rəhbərinin çıxışından sonra  rayon Polis Şöbəsinin rəisi polis-polkovnik-leytenantı Elnur Həsənov bu məsələ barədə  geniş məruzə ilə çıxış etmişdir.
Məruzə ətrafında rayon prokuroru Həsən  Mirzəyev, RTŞ-ın müdiri Mahir Dibirov, rayon məhkəməsinin sədri Rafiq Kazımov, YAP Balakən rayon təşkilatı Gənclər birliynin sədri Sərxan Hacıyev və rayon Ağsaqqallar Şurasının  sədri Rəşid Musayev çıxış edərək təkliflər  söyləmişlər.
Müzakirənin gedişi zamanı “Balakən” qəzetinin redaktoru  Mürsəl Mikayılov , Meşəşambul kənd sakini Zumrat Murtuzov, Qırmızı Aypara  Cəmiyyəti rayon Şöbəsinin müdiri Nəsibə Hudulova, Püştətala kənd  dini icma sədri Qurban Qudavasov, Qarabağ veteranı  Aydın Abdullayev və rayon prokuroru Həsən Mirzəyev bir sıra səmərəli  təkliflər söyləmişlər.
Sonda müzakirə  olunan məsələ barədə qərar qəbul edilmişdir.

Keçidlər