Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində tədbirlərə start verilmişdir
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində Balakən rayon İcra Hakimiyyətinin başçısı yanında yaradılmış rayon Qərargahının 20 aprel 2015-ci il tarixdə “Gənclər Evi”ndə və Mahamalar kəndində ictimaiyyət nümayəndələri ilə görüşü keçirilmişdir. Görüşlərdə respublikamızda narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində görülmüş işlərdən bəhs edilmişdir. Bildirilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində tədbirlər planı hazırlanmışdır. Hazırlanmış tədbirlər planına əsasən yerlərdə ictimaiyyət nümayəndələri ilə mütəmadi olaraq maarifləndirici xarakterli görüşlər keçirilməkdədir.