Şriftin ölçüsü :

Saytın rəngi :

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə ilə bağlı növbəti görüşlər keçirilmişdir

21 aprel 2015 | 15:00

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində Balakən rayon İcra Hakimiyyətinin başçısı yanında yaradılmış rayon  Qərargahının 21 aprel 2015-ci il tarixdə rayonun Sarıbulaq və Qullar kəndlərində əhali ilə görüşlər keçirilmişdir. Ümumilikdə 200 nəfərdən çox ictimaiyyət nümayəndəsinin iştirak etdiyi görüşlərdə narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədən bəhs olunmuşdur. Qarşılıqlı diskusiya şəraitində keçən tədbirlərdə əhalini maraqlandıran suallara cavab verilmiş,qarşılıqlı fikir mübadilə aparılmış, birlikdə fəaliyyət göstərməyin narkomaniyaya qarşı mübarizədə uğurlu olacağı qeyd edilmişdir.

Keçidlər