Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomaniyaya qarşı mübarizə ümumxalq işidir !

23 aprel 2015 | 15:00

22 aprel 2015-ci il tarixdə rayonun Tülü və Talalar kəndlərində əhali ilə görüşlər keçirilmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində Balakən rayon İcra Hakimiyyətinin başçısı yanında yaradılmış rayon  Qərargahı tərəfindən keçirilmiş görüşlərdə 150 nəfər iştirak etmişdir. Görüşlərdə bütün dünyanı narahat edən, “ağ ölüm”ə  çevrilən narkomaniyaya qarşı mübarizədə ictimaiyyətin birgə mübarizəsinin əhəmiyyəti vurğulanmışdır.

Növbəti görüşlər qrafikə uyğun olaraq kəndlər üzrə davam etdirilir.

Keçidlər