Şriftin ölçüsü :

Saytın rəngi :

Əhali ilə görüş keçirilmişdir.

24 aprel 2015 | 15:00

Aprelin 23-də Qabaqçöl qəsəbəsində Azərbaycan Respublikası Prezident Administrasiyasının  məsul işçisi Rüfət Əliyev, RİH-nin başçısı İslam Rzayevin  iştirakı ilə  səyyar qəbul keçirilmişdir. Rayon rəhbəri  səyyar  qəbulu giriş sözü ilə açaraq ölkə prezidenti  İlham Əliyevin  müdrik daxili və xarici  siyasəti sayəsində respublikamızda sabitliyin  hökm sürdüyü, vətənimizin hər yerində , o cümlədən Balakəndə  geniş  abadlıq işlərinin  aparıldığını, əhalinin sosial rifah halının  yaxşılaşdırılması üçün ardıcıl iş  görüldüyünü demişdir. Qeyd olundu ki, Qabaqçöl qəsəbəsində də son zamanlar görülən işlər-abadlaşdırılması və qaz xəttinin çəkilməsi, Balakən-Xalatala  avtomobil yolunun yenidən  çəkilməsi hamının ürəyincədir və prezident İlham Əliyevin  göstərdiyi   qayğının bariz  nümunəsidir.
Səyyar qəbulda çıxış qəsəbə  sakinlərindən Nərgiz Mustafayeva qeyd etdi ki, keçirilən  səyyar qəbulları hamı bəyənir. Çünki belə  tədbirlərdə  səslənən rəy və təkliflər rayon rəhbərliyi tərəfindən öyrənilir, vacib olanların  həyata  keçirilməsi üçün tədbir görülür. Balakən-Xalatala yolunun yenidən  qurulması uşaq  bağçasının  tikintisinin nəzərdə tutulması barədə camaatın  xahişləri yuxarı  təşkilatlara çatdırılmış və bu işlərin yerinə yetirilməsinə rayon  rəhbərliyi  nail olmuşdur.
Qəsəbənin imamı Məhəmməd Xutrayev-qeyd etdi ki, bu kənddə dini durum sabitdir.Mən camaat arasında çox oluram və görürəm ki, ölkəmizdə görülən  işlərdən  hamı razılıq edir. Biz özümüz də  bu qayğını hiss edirik. Məsələn, mən din xadimi kimi kənd qəbirstanlığını sel-sulardan qorumaq üçün  tədbir  görülməsini xahiş etmişdim. Tezliklə çaya əsaslı  beton bənd çəkildi və  kənd qəbirstanlığı sel aparılmasından xilas edildi. Biz prezident İlham Əliyevin  Həcc ziyarətini  televiziya  vasitəsilə  izlədik və bir daha şahid olduq ki, ölkə başçımız xalqına, milli-mənəvi dəyərlərimizə  bağlı  insandır. Allah onu  qorusun!
Zumrat Murtuzov çıxış edərək –son  zamanlar hüquq mühafizə orqanları  və rayon rəhbərliyi  tərəfindən narkomaniya qarşı görülən tədbirlərin  əhali  tərəfindən bəyənildiyini söylədi və  bu işdə hamını fəal iştirak etməyə səslədi.
Müharibə veteranı, 91 yaşlı Ramazan Kantayev  qəsəbədə görülən abadlıq işlərinə  və özünə  minik avtomobili verildiyinə  görə təşəkkürünü ölkə rəhbərliyinə çatdırmağı xahiş etdi.
Fatma  Mahmudova rayon  rəhbərliyin yaxından  köməyi sayəsində Qabaqçöl qəsəbəsində  çox iş görüldüyünü, o cümlədən  burada yanğınsöndürmə  məntəqəsinin tikildiyini söylədi və xahiş etdi ki, həmin məntəqənin lazımi texnika və avadanlıqlarla təmin edilməsi sürətlənsin.
Tədbirdə iştirak edən hüquq-mühafizə  orqanlarının,  idarə və təşkilat  rəhbərlərinə səyyar qəbulda söylənilən rəy və  təkliflərin  həlli istiqamətində  tədbir  görülməsi tövsiyyə edilmişdir.

Keçidlər