Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə akademik Zərifə Əliyevanın xatirəsi anıldı

28 aprel 2015 | 15:00

       27 aprel 2015 ci il tarixdə Zərifə xanım Əliyevanın adını daşıyan Balakən şəhər 3 saylı tam orta məktəbdə görkəmli alim akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü ilə əlaqədar rayon tədbiri keçirilmişdir. Tədbir iştirakçıları Zərifə xanım Əliyevanın büstü önünə əklil və gül dəstələri qoymuş, onun xatirəsinə ehtiramlarını bildirmişlər.
       Zərifə Əliyeva adına məktəbin müəllimi Ə.Murtuzova onun həyat fəaliyyəti haqqında geniş məruzə ilə çıxış etmişdir. Tədbirdə çıxış edən RİHB-nın müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri çıxışında Zərifə xanım Əliyevanın görkəmli alim olmaqla yanaşı, həm də kövrəkqəlbli insan, qayğıkeş və sevimli həyat yoldaşı, övladlarına gözəl tərbiyyə verən ana olduğunu bildirmişdir.
      Tədbirin sonunda Zərifə xanım Əliyevanın xatirəsi yad edilərək onun həyat fəaliyyətini əks etdirən film nümayiş olunmuşdur.

Keçidlər