“Respublika günü” qeyd olundu
May ayının 26-da Balakən rayonunda “Respublika günü” qeyd olundu. Səhər saatlarında RİH-in başçısı İslam Rzayev başda olmaqla aparat işçiləri, rayon hüquq-mühafizə orqanlarının , eləcə də digər idarə, müəssisə rəhbərləri və işçiləri Ulu öndərin adını daşıyan Mədəniyyət və İstirahət parkının ən uca zirvəsində onun möhtəşəm abidəsi önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etdilər.
Sonra bayram tədbiri rayon Mədəniyyət Mərkəzində davam etdirildi.
Rayon İcra Hakimiyyətinin başçısı cənab İslam Rzayev “ Respublika günü “ ilə əlaqədar geniş məruzə ilə çıxış etdi.
Məruzə ətrafında 1 saylı peşə məktəbinin direktoru Rəhim Tağıyev, Humanitar və texniki təmayüllü Liseyin tarix müəlliməsi Günel Məmmədova, Nizami adına şəhər 1 saylı tam orta məktəbin direktoru Şəfiqə Tütünçüyeva çıxış etdilər.
Ədəbi-bədii səhnəciyə baxdıqdan sonra tədbir iştirakçıları 28 May bayramına həsr olunmuş video filmə baxdılar.