Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda yazlıq bitkilərin əkin sahələri 514 hektar artıb

03 iyun 2015 | 15:00

Cari ildə Balakən rayonunda 14 min 46 hektar sahədən bitkiçilik məhsullarının yığılması nəzərdə tutulur. Əkin sahələri 2014-cü illə müqayisədə 514 hektar və ya 3,8 faiz artıb.

Məhsul istehsalçıları 2015-ci ilin məhsulu üçün 463 hektar sahədə taxıl, 7101 hektar sahədə qarğıdalı, 2041 hektar sahədə tərəvəz, 887 hektar sahədə kartof, 378 hektarda lobya, 312 hektar sahədə bostan bitkiləri əkiblər. Yonca səpilmiş sahələr isə əvvəlki illə müqayisədə 463 hektar artırılaraq 2864 hektara çatdırılıb.

Keçidlər