Şriftin ölçüsü :

Saytın rəngi :

"Son zəng” tədbiri

01 iyun 2015 | 15:00

May ayının  29-da  Respublikamızın  hər yerində  olduğu kimi Balakəndə  də “Son zəng” tədbirləri  yüksək  səviyyədə  keçirildi.  Rayonun  bütün  məktəblərində  “Son zəng” tədbirləri  saat 10-00 da  başlayıb 13-00 da başa çatmışdır.
“Son zəng” günü rayon İcra Hakimiyyətinin  başçısı cənab İslam Rzayev  rayonun  ən böyük  təhsil müəssisəsi olan, dahi Azərbaycan  şairi Nizami  Gəncəvinin adını daşıyan Nizami adına şəhər  1 saylı tam orta məktəbdə olmuşdur.
Rayon rəhbəri cənab İslam Rzayev tədbir  iştirakçılarını  səmimi salamladıqdan sonra  ölkəmizdə strateji əhəmiyyət kəsb edən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan bəhs etmişdir. İqtisadi cəhətdən güclənən dövlətimizdə yeni məktəb binalarının tikintisinə, əsaslı təmir edilməsinə, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsinə, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsinə xüsusi fikir verilir. Dövlətimizin başçısı İlham Əliyev cənabları tərəfindən xalqımızın gələcəyi olan uşaqlara  göstərilən diqqət və qayğı, onların sağlam və bilikli böyüməsi istiqamətində həyata keçirilən işlər Balakən rayonunda da əksini tapmışdır. Son illərdə rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində yeni məktəb binaları, uşaq bağçaları tikilmiş və əsaslı təmir olunmuşdur. Görülmüş işlərin nəticəsidir ki, Balakən təhsili mühüm uğurlar əldə etmişdir.
Sonra cənab  İslam Rzayev  məktəbin  olimpiada  və inşa müsabiqəsində  fərqlənən  2 fəal  şagirdinə- Fatimə  Keyserovskaya  və Ayşə Caniyevaya RİH-nin  qiymətli hədiyyələrini  təqdim etdi.
Tədbirdə  məktəbin  direktoru  Şəfiqə Tütünçüyeva və  valideynlər çıxış etmişlər.
Rayonun  bütün  məktəblərində “Son zəng” tədbirləri  yüksək əhval-ruhiyyə ilə başa çatmışdır.

Keçidlər