Şriftin ölçüsü :

Saytın rəngi :

26 iyun “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar gənc təbliğatçılarla görüş keçirilmişdir

24 iyun 2023 | 16:14

  24 iyun 2023-cü ildə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Balakən rayon Komissiyasının təşkilati dəstəyi,  Balakən Rayon Gənclər və İdman İdarəsinin, “Gənclər evi” sosial xidmət müəssisəsinin  təşkilatçılığı ilə gənc təbliğatçılarla  26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Balakən rayon Komissiyasının sədri Turan Dibirov, Balakən Rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov, rayon icra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Pirdas Qardaşova, “Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Tale Şahverdiyev narkomaniyanın insanların həyat və sağlamlığına,  mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri barədə ətraflı məlumat vermiş, narkomaniyanın və onun törədə biləcəyi fəsadların qarşısının alınmasında gənclərin üzərinə düşən ictimai vəzifələr barədə onları məlumatlandırmışlar. Həmçinin bu sahədə mübarizə tədbirləri məqsədi ilə sosial şəbəkələrdə və əhali arasında təbliğat işlərini artırmaları gənc təbliğatçılara tövsiyə olunmuşdur.

  Daha sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, tədbir diskussiya şəklində davam etdirilmişdir. Tədbirin sonunda “Ampula” maarifləndirici video çarxı nümayiş olunmuşdur.

  Narkomaniyaya qarşı mübarizədə gənclərin asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması məqsədi ilə Balakən Rayon Gənclər və İdman İdarəsinin, “Gənclər evi” sosial xidmət müəssisəsinin  təşkilatçılğı ilə  “Gənclər ordusu”  yay düşərgəsi fəaliyyətə başlamışdır.

Keçidlər